Ofis işləri üzrə Köməkçi tələb olunur.
İş yeri: Şəhər ofisi
Tələblər:
• Ali bakalavr təhsili
• Əlaqədar sahədə 1-2 il iş təcrübəsi
• İngilis dilinin orta səviyyədə biliyi
• MS office (Word, Excel, PowerPoint, Outlook) proqramlarından istifadə bacarığı
Əsas vəzifə və öhdəliklər:
• Şirkətə gələn ziyarətçi və qonaqları salamlayır, onlara yardım edir və yönləndirir
• Daxil olan bütün telefon zənglərini müvafiq qaydada qəbul edir, yönləndirir, tələb olunduqda qeydlər aparır və aidiyyati şəxslərə çatdırır
• Kargüzarlıq işlərinin, sənədlərin və kompüter vasitəsilə göndərilən məlumatların təşkil edilməsi və saxlanılması
• Şirkət tərəfindən bağlandığ�
� müqavilələrin, razılaşmaların və sair əqdlərin, habelə digər hüquqi sənədlərin şirkətin kargüzarlığı üzrə ümumi elektron bazasına daxil edilməsi və həmin sənədlərin saxlanması üçün müvafiq tədbirlərin görülməsi
• Şirkətə daxil olan məktubların qeyd edilməsi və həmin məktubların surətlərinin əlaqəli işçiyə verilməsi
• Şirkətdən gedən bütün rəsmi məktubların qeydiyyatının aparılması və müvafiq ünvanlara göndərilməsi
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə
[email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.
CV-lərin təqdim olunması üçün son tarix: 05.08.22
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb