Bazar, 11 May, 2025

“2023-cü il Yapon dili üzrə bacarıqlı şəxslərin Yaponiyada qısamüddətli təlim proqramı” üzrə seçimlər açıq elan olunur


  • Dərc edildi: 4 May, 2023 - 17:10
“2023-cü il Yapon dili üzrə bacarıqlı şəxslərin Yaponiyada qısamüddətli təlim proqramı” üzrə seçimlər açıq elan olunur


Yaponiya Fondu tərəfindən elan olunmuş Yaponiyada qısamüddətli təlim proqramında iştirak şansı haqqında məlumat paylaşmaq istərdik.

Bu gündən etibarən “2023-cü il Yapon dili üzrə bacarıqlı şəxslərin Yaponiyada qısamüddətli təlim proqramı” üzrə seçimlər açıq elan olunmuşdur.

Bütün seçim prosesi Yaponiya Səfirliyi tərəfindən həyata keçiriləcək və sonda müvəffəq olan 1 şəxs Yaponiyada qısamüddətli təlim proqramında iştirak etmək şansı əldə edəcəkdir.

Proqram haqqında (məzmunu, müddəti, müraciət üçün şərtlər, müraciət sənədləri və s.) məlumat üçün bu linkə nəzər sala bilərsiniz:

https://www.az.emb-japan.go.jp/itpr_ja/11_000001_00619.html

6-20 sentyabr tarixlərində Yaponiyada Yaponiya Fondunun Kansai Beynəlxalq Mərkəzində 15 günlük təlim proqramı olub, yapon dilini ən azı N4 və ondan daha yüksək səviyyədə bilən və 54 yaşadək olan şəxslər üçün nəzərdə tutulmuşdur.

Qeyd etmək istərdik ki, proqrama son müraciət tarixi 16 may saat 17:00-dəkdir.

Bu gözəl şansı əldə verməyin və müraciət etməyə tələsin!

Hər hansısa suallarınız olarsa, səfirliyimizin [email protected] ünvanına yönləndirə bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...