Bazar, 11 May, 2025

Satış və dəstək şöbəsinin mütəxəssisi vakansiyası


  • Dərc edildi: 15 Yanvar, 2025 - 02:00
Satış və dəstək şöbəsinin mütəxəssisi vakansiyası

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. 

Hal-hazırda aktiv olan vakansiya: Satış və dəstək şöbəsinin mütəxəssisi



Vəzifəyə olan tələblər:


·        Ali təhsil;
·        Azərbaycan və Rus dillərini bilməsi, İngilis dili arzuolunandır;
·        Bank, Satış və ya Partnyor münasibətləri sahələri üzrə minimum 1 il iş təcrübəsi; 
·        Şirkətin informasiya sistemlərinin quruluşu və işləmə prinsipləri haqqında dərin biliklər;
·        Şirkət fəaliyyətinin əsas istiqamətləri və xidmətləri haqqında dərin biliklər;
·        Yaxşı təqdimat bacarığı;
·        Bir komandada işləmək bacarığı, aktivlik, məsuliyyətlik;
·        Müxtəlif mənbələrdən alınan böyük həcmli məlumatlarla işləmək bacarığı, sistematik düşüncə və analitik təhlil qabiliyyəti.



Vəzifə öhdəlikləri: 


·        Partnyorlarla (o cümlədən Banklar) təsdiq edilmiş plana əsasən görüşlər keçirmək və görüşlərin hesabatını hazırlamaq;
·        Partnyorlarla münasibətlərin davamlılığını təmin etmək məqsədi ilə əlaqələri möhkəmləndirmək;
·        Partnyor şikayətlərinin tez və səmərəli həllini tapmaq;
·        Satışları artırmaq məqsədi ilə partnyorları Şirkətin məhsulları və xidmətləri haqqında məlumatlandırmaq;
·        Strateji planlama işinin təşkili məqsədi ilə müvafiq təşkilat əməkdaşları ilə daimi görüşlər keçirmək;
·        Bazar araşdırması həyata keçirmək və bazar mövqelərinin müəyyən edilməsi istiqamətində işlər aparmaq;
·        Gördüyü işlər barədə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.

Namizədlərdən CV-lərini “Satış və dəstək şöbəsinin mütəxəssisi” mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur. 

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...