Bazar, 11 May, 2025

“Qrup rəhbəri” vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 23 İyul, 2024 - 00:55
“Qrup rəhbəri” vəzifəsi üzrə vakansiya

“Peşə təmayüllü siniflər” 2024-2025-ci tədris ili üçün “Qrup rəhbəri” vəzifəsinə işçi qəbulunu elan edir!

 

Tələblər:

* Ali təhsil;

* Cinsi - kişi/qadın;

* Minimum iki il iş təcrübəsi;

* Azərbaycan dilində səlis danışıq qabiliyyəti;

* Ofis proqramları və sosial şəbəkələrdə işləmə bacarığı;

* Layihə idarə olunmasında təcrübə;

* Ünsiyyət bacarığı;

* Kollektiv ilə işləmə bacarığı.

Öhdəliklər:

* Layihənin icrası zamanı məktəblə mərkəz arasında əlaqənin yaradılması;

* Sinif kollektivi ilə sistemli işin təşkili;

* Layihə dərslərini keçən müəllimlərin işinin əlaqələndirilməsi;

* Şagirdlərin digər bacarıqlarına uyğun ideyaların həyata keçirilməsinə dəstək;

* Əsas səriştələr üzrə tədrisin keçirilməsi;

* Təhsilin icrasının təşkil edilməsi;

* Məzunların ixtisaslarına uyğun əmək bazarına yönləndirilməsi;

* Hesablatların hazırlanması;

* Layihə əməkdaşlarının layihə çərçivəsində tapşırdığı işlərin vaxtında və tam icra edilməsi.

İşə müraciət üçün qeyd edilən linkə daxil olaraq, yaşadığınız bölgəyə yaxın məktəbi seçməklə anketi doldurmaq lazımdır - https://forms.gle/LYWMbcKoZfKooDeF7

Qeyd edək ki, yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq. Bütün mərhələləri uğurla başa vurmuş namizədlər 2024-cü ilin sentyabr ayından fəaliyyətə başlayacaq.

Müraciət üçün son tarix: 31.07.2024

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 316
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...