Bazar, 11 May, 2025

"Qızlar İqlim Fəaliyyətinin Mərkəzində" adlı düşərgə təşkil ediləcək


  • Dərc edildi: 19 Sentyabr, 2024 - 17:42
"Qızlar İqlim Fəaliyyətinin Mərkəzində" adlı düşərgə təşkil ediləcək

“Qızlar İqlim Fəaliyyətinin Mərkəzində”



BMT-nin Əhali Fondunun təşkilatçılığı, COP29-un İqlim üzrə Gənclər Çempionunun və “Forest School Azerbaijan”ın dəstəyi ilə 11-13 oktyabr tarixlərində Lənkəranda "Qızlar İqlim Fəaliyyətinin Mərkəzində" adlı düşərgə təşkil ediləcək.

14-17 yaşlı yeniyetmə qızlar üçün nəzərdə tutulmuş düşərgənin əsas məqsədi qızlarda təcrübəyə əsaslanan öyrənmə, liderlik və açıq hava məşğələləri vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə mövzusunda həssas yanaşma formalaşdırmaqdan ibarətdir. 

3 gün davam edəcək düşərgədə iştirakçılar "İqlim dəyişikliyi və gender", "Açıq hava təhsili və ətraf mühit", "İqlim fəaliyyətlərində liderlik" və digər mövzularda təlimlərdə iştirak edəcəklər. Bununla yanaşı, “Forest School” təhsil konsepsiyasına uyğun olaraq sosial, emosional, fiziki və intellektual istiqamətli müxtəlif fəaliyyətlərə qoşulacaqlar.

Ölkənin bütün bölgələrindən olan yeniyetmə qızlar düşərgədə iştirak etmək üçün müraciət edə bilər. Seçim zamanı düşərgədə tam şəkildə iştirak edə bilənlərə üstünlük veriləcək.

Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz

https://docs.google.com/forms/d/151ZsrKsexic424VoEFrtjsEADZMm277h-ijh939myAw/viewform?edit_requested=true

Yerlər məhduddur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...