Bazar, 11 May, 2025

DOST RİM-də yeni vakansiya


  • Dərc edildi: 27 Noyabr, 2024 - 22:17
DOST RİM-də yeni vakansiya

DOST RİM-də yeni vakansiya 

Vəzifə: QA (Automation) Tester



VƏZİFƏ FUNKSİYALARI:

-      layihələrin testləşdirmə prosesini həyata keçirmək;
-      biznes tələblərinə uyğun olaraq testləşdirilmə üzrə test ssenarilərini və test planlarını hazırlamaq;
-      biznes proseslərin funksional testlərini aparmaq;
-      layihə testləşdirməsi zamanı biznes tələblərinin təkmilləşdirilməsi üçün araşdırmalar etmək və optimallaşdırılması istiqamətində təkliflər hazırlamaq;
-      test edilən proseslərin monitorinqini həyata keçirmək;
-      layihələr üzrə testləşdirmə proseslərinin avtomatlaşdırılmasını təmin etmək;
-      işlərin və xidmətlərin testləşdirilməsi və istismara qəbul hesabatlarını formalaşdırmaq;
-      daxil olan məktub, sorğu və müraciətlərə nəzərdə tutulmuş qaydada baxılmasını və zəruri tədbirlərin görülməsini təmin etmək;
-      struktur bölmənin fəaliyyəti üzrə tapşırılan digər vəzifələri yerinə yetirmək.

VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR:

-      Sahə üzrə azı 2 il iş təcrübəsi;
-      Java proqramlaşdırma dili üzrə təcrübə;
-       Streams, Reflection, OOP(Abstraction) üzrə təcrübə;
-      SQL verilənlər bazası üzrə təcrübə;
-      Python (Aşağı səviyyə) proqramlaşdırma dili üzrə təcrübə;
-      Java + Selenium - UI avtomatlaşdırması üçün;
-      Java + RestAssured - API avtomatlaşdırması üçün (Təməl biliklər);
-      Allure – test hesabatları üçün (Təməl biliklər);
-      Linux/Gitlab CI/Docker - CI/CD üçün (Təməl biliklər);
-      SQL (Təməl biliklər);
-      Postman (Təməl biliklər).

VƏZİFƏYƏ DAİR TƏLƏB EDİLƏN ŞƏXSİ KEYFİYYƏTLƏR VƏ BACARIQLAR:

-      məsuliyyətlilik;
-      etibarlılıq və dürüstlük;
-      inkişafa yönümlü və innovativlik;
-      operativlik və çeviklik;
-      təşəbbüskarlıq və təşkilatçılıq;
-      nəticəyə hədəfli;
-      komanda işi.

Göstərilən tələblərə cavab verən namizədlərdən müraciətin mövzu hissəsinə “QA (Automation) Tester” qeyd etməklə CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 316
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...