Ali təhsil (idarəetmə, biznes və ya əlaqəli sahələr üzrə üstünlükdür).
Azərbaycan dilində mükəmməl, Rus dili və İngilis dili biliyi üstünlükdür
Ofis proqramlarında işləmə bacarığı
Qeyd edilən sahədə iş təcrübəsi minimum 1 il.
Telefon zənglərinin cavablandırılması, xidməti məlumatların qeydə alınması, şirkətin rəhbərliyinə və əməkdaşlara ötürülməsi;
Şirkətin sənəd mübadiləsinin təminatı: daxil olan və gedən yazışmalar, sənədlərin qeydiyyatı, hesabatı, saxlanılması və arxivləşdirilməsi;
Rəhbərliyin tapşırığına əsasən, məktub, sorğu və şirkətin fəaliyyəti ilə bağlı digər sənədlərin hazırlanması;
Ofisin dəftərxana ləvazimatları, istifadə olunan material və ofisin fəaliyyəti üçün lazım olan digər maddi mallarla təminatı işinin təşkili və həyata keçirilməsi;
Ofis avadanlıqlarının, kommunikasiyanın lazımı vəziyyətinə nəzarətin həyata keçirilməsi;
Orqtexnika və digər cihazlar düzəlmədiyi halda təmir işlərinin və digər texniki xidmət növünün həyata keçirilməsi üçün mütəxəssisin çağırılması;
Ə/H namizədin təcrübəsinə əsasən dəyişiləcəkdir.
6 günlük iş həftəsi (saat 10:00-18:00) şənbə günü 10:00-15:00
Rabitə xərcləri şirkət tərəfindən ödənilir.
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Ofis meneceri” mövzusu altında linkedin vasitəsi ilə və ya [email protected] mail ünvanı ilə müraciət edə bilərlər.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb