Son müraciət: 25.02.2024
TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə verilən göndərişlərin informasiya sisteminin “Göndəriş vərəqələri” alt-sistemi vasitəsilə tənzimlənməsi;
TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çarpayı fondunun səmərəli istifadə edilməsi məqsədilə verilən göndəriş vərəqələrinin analiz edilməsi;
TƏBİB-in digər departamentləri tərəfindən daxil olmuş sorğuların cavablandırılmasında dəstək göstərilməsi;
Tibb müəssisələrinin göndəriş altsisteminin təkmilləşdirilməsi prosedurunda iştirak və rəyin bildirilməsi;
TƏB daxili və TƏB-lər arası göndərişlərin verilməsinin düzgünlüyünün araşdırılması;
Tibb müəssisələrində tibbi göndərişlərə cavabdeh şəxslərlə qarşılıqlı əməkdaşlığın edilməsi;
Şöbə səlahiyyətlərinə uyğun olaraq daxil olan ərizə, şikayət və təkliflərə baxılması, şöbə müdirinin göstərişinə əsasən müvafiq tədbirlərin görülməsi;
Şöbə müdiri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi, müvafiq yazılı və ya şifahi hesabatların hazırlanmasının təmin edilməsi;
Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və uyğun təcrübənin tətbiq edilməsi.
Ali tibbi təhsil
Sahə üzrə minimum 1 il iş təcrübəsi
Dil bilikləri: Rus və ingilis dili – yaxşı
Kompüter bilikləri: Microsoft Office – yaxşı
Komandada işləmə bacarığı
Məsuliyyətlilik
İntizamlılıq
Nəticəyönümlülük
İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00.
CV [email protected] ünvanına göndərilməlidir;
Mövzu sətrində “Tibbi göndərişlər şöbəsi – məsləhətçi” qeyd olunmalıdır;
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqdır.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb