Tələblər:
· Ali təhsil;
· Qrafik dizayn və multimedia sahəsində 1 il iş təcrübəsi;
· Kreativ, yaradıcı yanaşma və komandada işləmək bacarığı;
· “Adobe Photoshop”, “Adobe Illustrator”, “Adobe Premiere Pro”, “After Effects” proqramlarında peşəkar işləmək bacarığı;
· Azərbaycan dilini səlis bilmək, xarici dil biliklərinin olması üstünlükdür.
Vəzifə öhdəlikləri:
· Universitetin saytı və sosial media hesabları üçün dizayn və multimedia məzmunları hazırlamaq;
· Universitetin tədbirləri üçün afişalar hazırlamaq;
· Dizayn və multimedia sahəsində ən yeni trendləri izləmək və iş zamanı zəruri hallarda tətbiq etmək;
· Birdən çox layihəni paralel olaraq idarə etmək və yekun təhvil tarixlərinə riayət etmək.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 22.02.2025
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb