Şənbə, 10 May, 2025

KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi məqsədilə 5-ci qrant müsabiqəsi elan edilir


  • | Dərc edildi: 20 Fevral, 2024 - 12:34
KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi məqsədilə  5-ci qrant müsabiqəsi elan edilir

KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi məqsədilə  5-ci qrant müsabiqəsi elan edilir

 

 

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 5-ci qrant müsabiqəsi elan edilir. Müsabiqə Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq keçirilir.  

 

Şərtlər:

 

- Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və ya fiziki şəxslər iştirak edə bilərlər;

- Layihələr təhsil, elm, tədqiqat və dəstək sahələrindən birinə aid olmalıdır;

- Hər bir şəxs müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir;

- Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır;

- Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz;

- Müsabiqədə iştirak üçün tələb olunan sənədlər tam şəkildə təqdim olunmalıdır;

- Layihə çərçivəsində müəyyən edilmiş işlərin icrasına 01.06.2024-cü il tarixindən başlanılması nəzərə alınmalıdır; 

- Müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməlidir.

 

Ayrılan maliyyə vəsaitinin həcmi: Hər bir layihə üzrə maliyyələşdirilmə məbləği maksimum 20 min manat həcmində nəzərdə tutulur. 

 

Layihə sənədlərinin qəbulu: 4 mart 2024-cü il, saat 09:00-dan – 2 aprel 2024-cü il saat 18:00-dək (Qeyd: Müəyyən edilmiş vaxtdan əvvəl və ya sonra təqdim olunan layihə sənədləri qəbul olunmayacaqdır).

 

Müsabiqənin keçirilmə vaxtı: 4 aprel 2024-cü il – 14 may 2024-cü il.  

Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri aşağıdakı sənədlərlə 4 mart 2024-cü il saat 09:00-dan – 2 aprel 2024-cü il saat 18:00-dək elektron formada ([email protected]) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə (Bakı şəhəri, Ziya Bünyadov 38C, 1969-cu məhəllə, “Bakı KOB evi”) müraciət edə bilərlər:

  • Ərizə forması;
  • Müsabiqəyə təqdim olunan layihə;
  • Layihənin büdcəsinin maliyyə əsaslandırılması;
  • Layihənin icraçıları barədə məlumat;

 

  • KOB subyekti olan fiziki şəxsin, yaxud hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədlərin surətləri; 
  • Müraciət edən hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və nizamnaməsinin surətləri.

 

Qeyd: müvafiq sənədləri aşağıdakı linkdən yükləyə bilərsiniz: https://smb.gov.az/az/nav/qrant

  

Müsabiqənin nəticələri barədə məlumat 15 may 2024-cü il tarixindən sonra KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.

 

Əlavə məlumat üçün: 131 Çağrı Mərkəzi, (+994 12) 404 04 01. 

 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 732
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 376
Xaricdə təhsil almaq...