Bazar, 11 May, 2025

Təhsil Tv üçün marketinq üzrə mütəxəssis axtarılır


  • Dərc edildi: 2 Oktyabr, 2024 - 14:51
Təhsil Tv üçün marketinq üzrə mütəxəssis axtarılır

Təhsil Tv üçün marketinq üzrə mütəxəssis axtarılır



İşin təsviri:
Namizəddən təhsil sahəsində fəaliyyət göstərən media qurumunun marketinq üzrə fəaliyyət planlarının, hədəf auditoriyaya uyğun PR kampaniyalarının hazırlanması, tərəfdaşlarla ünsiyyət, marketinq məqsədləri istiqamətində regional və beynəlxalq əlaqələrin qurulmasını təmin edə biləcək təcrübə, bilik və bacarıq tələb olunur.

Əsas öhdəliklər:
Təhsil sahəsində fəaliyyət göstərən media qurumun marketinq strategiyalarını hazırlamaq və icra etmək;
Aidiyyəti sahədə tərəfdaşlarla əməkdaşlığın qurulması və PR kampaniyaların hazırlanmasına dair təkliflərin vermək;
Təhsil sahəsində fəaliyyət göstərən mətbu orqanların məhsullarına dair brendləşdirmə yanaşmasını tətbiq etmək;
Hədəf auditoriyanı müəyyən etmək və aidiyyəti sahə üzrə mesajların çatıdırlmasını təmin etmək;
İllik və aylıq fəaliyyət planlarını hazırlamaq;
Reklam agentlikləri və media qurumları ilə koordinasiyanı təmin etmək;
Kopiraytinq, reklam və təqdimat mətnlərini yazmaq;
Marketinq planının hazırlamaq, həyata keçirmək və monitorinq etmək;
Regional və beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə dayanıqlı əməkdaşlıqlar qurmaq və fəaliyyətlər təşkil etmək;
Marketinq büdcəsini hazırlamaq, nəzərdə tutulan fəaliyyətləri icra etmək və hesabat vermək.

Namizədə dair tələblər:
Ali təhsil (Marketinq, Biznesin təşkili və idarə olunması, İctimaiyyətlə əlaqələr və ya əlaqədar sahədə ali təhsil);
Müvafiq sahədə minimum 3 illik iş təcrübəsi;
Azərbaycan və ingilis dillərində səlis danışıq və yazı bacarığı;
Peşəkar kommunikasiya və təqdimat bacarıqları;
Ofis proqramlarında və marketinq təhlil alətlərində sərbəst işləmə bacarığı;
Komanda ilə işləmə və təşkilatçılıq bacarığı;
Zövqlü və yaradıcı yanaşma qabiliyyətinə malik olmalı;
Məsuliyyətli, işə qarşı həvəsli və diqqətli olmalı;
Kreativ yanaşma və analitik düşünmə bacarıqları;
PR və marketinq sahəsində peşəkar sertifikatlar arzuolunandır;


İş rejimi: I-V günlər 09:00 – 18:00, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
Əmək haqqı: Müsahibə əsasında
İş yeri: Nərimanov rayonu, Fətəli Xan Xoyski, 109

Müraciət üçün son tarix: 14 oktyabr, 2024
Namizədlər CV və motivasiya məktubunu “Mövzu” hissəsində “Marketinq üzrə aparıcı mütəxəssis” [email protected] e-mail ünvanına göndərməlidirlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...