Bazar, 11 May, 2025

“Kiber Ulduz” Milli CTF Liqası – kibertəhlükəsizlik üzrə yarış keçiriləcək


  • Dərc edildi: 10 Aprel, 2023 - 20:05
“Kiber Ulduz” Milli CTF Liqası – kibertəhlükəsizlik üzrə yarış keçiriləcək

Tələsin! Qeydiyyat artıq başladı! 

“Kiber Ulduz” Milli CTF Liqası – kibertəhlükəsizlik üzrə yarışların həyata keçirilməsi məqsədilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən təşkil olunmuşdur.

 Liqa çərçivəsində ilk yarış 15 aprel tarixində 12-17 yaş arası 100 yeniyetmənin iştirakı ilə baş tutacaq. Elm və Təhsil Nazirliyinin və “Cyberpoint” şirkətinin dəstəyi ilə keçiriləcək bu yarışın texniki təşkilatçıları qismində “İnterprobe” və “UnifyBytes” şirkətləri çıxış edir.

 CTF (“Capture the flag”) - kibertəhlükəsizlik sahəsində keçirilən praktiki təlim yarışlarının əsas məqsədini kompüter sistemlərinin mühafizəsi üzrə biliklərin yarış mühitində təcrübəyə tətbiq edilməsi üçün imkanların yaradılması təşkil edir. CTF yarışlarında iştirak edən şəxslər kibertəhlükəsizlik sahəsində bilik və təcrübə qazanacaq, yeni peşəkar əlaqələr quracaq və kibertəhlükəsizlik üzrə araşdırma təcrübəsi əldə edəcəklər.

 Yarış çərçivəsində iştirakçılara veb-tətbiqetmələrdə olan zəiflik və boşluqların istismarı, kriptoqrafiya, tərs mühəndislik və s. bu kimi mövzular üzrə tapşırıqlar veriləcək.

 Tədbir zamanı kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinin təmin olunması sahəsində fəaliyyət göstərən dövlət qurumları və şirkətlərin nümayəndələri, habelə AKTA ekspertləri iştirakçılarla öz təcrübələrini bölüşəcək, eləcə də qiymətləndirmə və mükafatlandırmada iştirak edəcəklər.

 Yarışda ən yüksək nəticə göstərən 3 komandaya aşağıdakı mükafatlar veriləcək:

1 yer - 2000 AZN
2 yer - 1000 AZN
3 yer - 500 AZN
"Joker Sual" - Qiymətli Hədiyyə

 Ətraflı məlumat və qeydiyyat üçün: www.kiberulduz.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 317
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 738
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 381
Xaricdə təhsil almaq...