02 May, 2025 - 17:10
313
Şagirdlər üçün “Bebras” - İnformatika və Alqoritmik düşüncə yarışması keçirilir
4-10 dekabr 2023-cü il tarixlərində ümumtəhsil müəssisələrinin 2-10-cu sinif şagirdləri Beynəlxalq “Bebras” müsabiqəsində iştirak edəcəklər.
Müsabiqə PAŞA Bankın sponsorluğu və “ÖzünÖyrən”in təşkilatçılığı ilə keçirilir.
Müsabiqədə iştirak etmək üçün ümumtəhsil müəssisələrinin nümayəndələri koordinator kimi http://bebras.az saytından qeydiyyatdan keçə bilərlər. Şagirdlər müsabiqəyə öz məktəblərindən qoşula biləcəklər. Müsabiqədə iştirak pulsuzdur.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb