Bazar ertəsi, 12 May, 2025

“Rabitəbank” ASC Bakı filialı üzrə Universal işçi vəzifəsi üzrə işə qəbul elan edir


  • Dərc edildi: 10 Oktyabr, 2022 - 16:06
“Rabitəbank” ASC Bakı filialı üzrə Universal işçi vəzifəsi üzrə işə qəbul elan edir

“Rabitəbank” ASC Bakı filialı üzrə Universal işçi vəzifəsi üzrə işə qəbul elan edir.

 

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 

Vəzifə öhdəlikləri:

 

  • ARMB-nın, bankdaxili prosedur və qaydalara əsasən Fiziki şəxslərə yüksək səviyyədə xidmət göstərmək;
  • Bank məhsulu və xidmət satışını həyata keçirtmək;
  • Potensial müştərilərə bankın xidmət və məhsulları barədə məlumat vermək;
  • Bankın tələblərinə uyğun olan  müştəriləri banka cəlb edilməsini təmin etmək;
  • İstehlak krediti almaq məqsədilə müraciət etmiş müştərilərin kredit müraciətlərini təhlil etmək;
  • Müştərinin maliyyə analizini həyata keçirmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək;

 

 

Namizədə olan tələblər:         

 

  • Ali təhsil (iqtisadi olması arzuolunandır);
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməsi (İngilis dili arzu olunandır);
  • Analitik düşünmə qabiliyyəti;
  • Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarığı;
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması;

 

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Universal işçi” yazmağınız xahiş olunur. 

 

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 323
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 752
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 385
Xaricdə təhsil almaq...