Uşaqlıqdan qidaya böyük bir həvəsim var idi və bu mənim çəkimdə də özünü biruzə verirdi. Qərar verdim ki, mütləq qida sahəsində olmalıyam və çox şükür ki, bu sahədəyəm.
Adətən sosial şəbəkələrdə özümün sınaqdan keçirtdiyim təcrübələrimi paylaşıram, izləyicilərin də bu sahəyə olan marağını nəzərə alıb sağlam həyat tərzini insanlara ötürmək üçün food influenser kimi fəaliyyət göstərməyə başladım.
Sağlam qidalanmaq və sağlam həyat vərdişləri hər kəsin öz şəxsi seçimidir, amma əlbəttə ki, dövlətin və müəyyən dövlət qurumlarının bu mövzularda təşviqi olmalıdır. Məs. artıq bir neçə aydır, AQTA - nın "Şəkəri azalt, ömrünü uzat" lahiyəsi buna bir nümunədir və çox müsbət bir addımdır.
Səbəblər çoxdur, nəzərə alsaq ki, qidalanma psixi emosional bir məsələdir, əksəriyyət sadəcə fiziki ac olmadan emosiyalar əsasında qidalanır.
Sağlam qidalanma bir vərdişdir və sadəcə bu vərdişi formalaşdırmaq lazımdır. Bu vərdişləri formalaşdırmağa təkcə fərdlər üzərində yox, kütləvi şəkildə, məsələn, elə bağçalardan başlamalıyıq.
Ölkə olaraq daha çox karbohidratla zəngin qidalar qəbul edirik, ən azı mən bunu rahatlıqla müşahidə edirəm. Səhər yeməyimizi 7 qaşıq şəkər tozu əlavə olunmuş şirinçayla başlayıb, gün sonunu da plovla bağlayırıqsa demək ki, vəziyyət ürəkaçan deyil. Sağlam olmaq üçün daha keyfiyyətli seçimlər etməliyik.
Doğrudur, belə bir statistika var, ürək xəstəliklərinin başlıca səbəblərindən biri qeyri-sağlam qidalanma, (keyfiyyətsiz yağlar və boş kalorili qidalar) siqaret, hərəkətsizlik və stressdir.
Son vaxtlar belə faktlara çox az rast gəlinir, burada əsas məsələ sənə verilən ömrü sağlam şəkildə yaşamaqdadır.
İlk növbədə sağlam qida vərdişlərini yaratmaq üçün qida rasionundan şəkərli və qazlı içkilər, fast food, paketlənmiş qidalar, konservləşdirilmiş qidalar, bir sözlə "junk food" dediyimiz bütün qidalar çıxarılmalıdır və əvəzinə qida rasionunu sağlam yağlar, keyfiyyətli zülal və kompleks karbohidratlarla zənginləşdirmək lazımdır. Bunlarla paralel yuxu rejimi, gündəlik su qəbulu və fiziki aktivlik də önəmlidir.
Sağlam qida sağlam gələcəkdir, gələcəyimizin sağlam olması naminə günü bu gündən sağlam həyat vərdişlərinə başlamalıyıq. Hər birimizin sağlamlığı öz əlimizdədir. Çalışaq ki, çox gec olmadan sağlamlığımızın qeydinə qalaq
Diqqətiniz üçün sizə təşəkkür edirəm!
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb