Bazar, 11 May, 2025

Logistika üzrə Kiçik Mütəxəssis vakansiyası


  • Dərc edildi: 8 May, 2024 - 12:52
Logistika üzrə Kiçik Mütəxəssis vakansiyası

RAM Holdinqdə  Logistika üzrə Kiçik Mütəxəssis vakansiyası
 


Namizədə olan tələblər:

·           Ali təhsil;
·           Azərbaycan dili səlis, ingilis və rus dili bilikləri orta səviyyədə olmalı;
·           Müvafiq sahədə minimum 1 ilə kimi iş təcrübəsi arzuolunandır;
·           MS Office proqramlarını orta səviyyədə bilməli;
·           Çalışqan, həvəsli və operativ olmalı.


Vəzifə öhdəlikləri:

·           Daşınmalı olan məhsulla bağlı məlumatların toplanması;
·            Optimal marşrut xəttlərinin seçilməsi və seçilmiş marşrutlar üzrə qiymət təkliflərinin alınması və daşınma şərtlərinin razılaşdırılması ;
·           Daşıma şirkətlərinin seçimi və qiymətləndirilməsi üçün rəhbərinə müqayisə cədvəllərinin təqdim edilməsi;
·           Daşınan yük barədə sənədlərin gömrük xidməti strukturunun müvafiq əməkdaşlarına təqdim edilməsi;
·           Daşıma prosesinə davamlı nəzarət edilməsi, daşımaçı ilə danışıqların aparılması;
·           Müəyyən edilmiş nöqtələrə yükün çatması barədə müvafiq əməkdaşların məlumatlandırılması;
·           Daşıma əməliyyatlarının uçotunun aparılması;
·           Daşıma ilə bağlı gələn sorğuların qiymət araşdırılmasının icra edilməsi;
·           İxrac ediləcək mallarla bağlı yük sənədlərinin (Invoice, PL, CMR, və s.) hazırlanması;
·           İxrac ediləcək mallarla bağlı İdxalçı firma və daşımaçı ilə danışıqların və yazışmaların aparılması;
·           İstehsalçılarla, Daşımaçılarla müqavilələrin və ya digər növ sənədlərin hazırlanması və bu istiqamətdə danışıqların və yazışmaların aparılması. 


İş şərtlərimiz:

·           Əmək haqqı: 637-731 AZN;
·           İş qrafiki : Həftə içi 5 gün;
·           İş saatları: 08:30-17:30;
·           Servis xidməti;
·           İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Logistika üzrə Kiçik Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 316
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...