Bazar, 11 May, 2025

Ümumi audit şöbəsinin meneceri vəzifəsi üzrə vakansiya


  • | Dərc edildi: 20 Sentyabr, 2022 - 11:58
Ümumi audit şöbəsinin meneceri vəzifəsi üzrə vakansiya

Rabitabank ASC Daxili audit departamenti,  Ümumi audit şöbəsinin meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Bank fəaliyyətinin tənzimlənməsi üzrə əməkdaşlar tərəfindən normativ aktlara, bankdaxili prosedurlara, qaydalara və təlimatlara riayət olunmasının auditini aparmaq;
  • Bütün strukturlar üzrə onların əsasnamə funksiyalarının, işçilərin vəzifə təlimatlarının icrasının auditini aparmaq;
  • Bankın strateji planının və əməliyyat planlarının həyata keçirilməsinin auditini aparır.
  • Bank sistemində mövcud olan risklərin və bütün növ bank əməliyyatlarının auditini aparmaq;
  • Maliyyə resurslarının planlaşdırılmasının və onun icra olunmasının, məlumat təhlükəsizliyi, icra və nəzarət sisteminin auditini aparmaq;
  • Aparılan auditlər zamanı aşkar olunan nöqsanların təhlilini etmək və hesabatları hazırlamaq;
  • Şöbənin əməkdaşlarını idarə etmək və onların iş bölgüsünü təşkil etmək

Namizədə olan tələblər:

  • İqtisadi və ya hüquqi təhsil;
  • Minimum 5 il bank təcrübəsi;
  • Analitik düşüncə, təşkilatçılıq və qərarvermə qabiliyyəti;
  • Diqqətlilik, məsuliyyət və düzgün olmaq;
  • Komandada işləmək bacarığı;
  • Yüksək kommunikasiya və təqdim etmə bacarığı;
  • MS Office proqramlarında keyfiyyətli işləmək bacarığı;
  • Məlumat və informasiyaların məxfi saxlanılmasına riayət etmək;
  • Azərbaycan Respublikası Bank və Mülki qanunvericiliyi;
  • Lazım gəldikdə ölkə ərazisində ezamiyyətə getmək imkanları.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “ Ümumi Audit Şöbəsinin meneceri” göstərməyiniz xahiş olunur. 

Əlaqə üçün:

Telefon: (012) 598 44 88;  

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 378
Xaricdə təhsil almaq...