Bazar, 11 May, 2025

İnsan Resursları əməliyyatları üzrə mütəxəssis vakansiyası


  • Dərc edildi: 10 Yanvar, 2025 - 23:00
İnsan Resursları əməliyyatları üzrə mütəxəssis vakansiyası

 İnsan Resursları əməliyyatları üzrə mütəxəssis vakansiyası

 

Sham-Fi International Trading şirkəti İnsan Resursları departamentinə yeni namizəd axtarışındadır!

Gənc və yenilikçi komandamıza qoşulmaq istəyirsinizsə, qeyd olunan e-mail ünvanına indi müraciət edə bilərlər!

Vəzifə: İnsan Resursları əməliyyatları üzrə mütəxəssis



Vəzifə öhdəlikləriniz:


• Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliklərinin edilməsi, əmək müqavilələrinin hazırlanması və dəyişikliklərin edilməsi, elektron sistemə bildirişlərin daxil edilməsi;
• İllik məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
• Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
• Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət etmək;
• Çalışanlara cari və keçmiş əmək fəaliyyətləri haqqında arayış və ya xasiyyətnamələrin verilməsi.



Tələblər:


• Ali təhsil (İnsan Resursları sahəsində olması üstünlükdür);
• İnsan Resursları əməliyyatları üzrə təcrübə (ən azı 1 il);
• Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
• Elektron Hökümət Portalları ilə (e-sosial; İSB; ƏMAS) işləmə bacarığı;
• Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək;
• Güclü analiz və sosial-kommunikasiya bacarığı;
• Operativ və düzgün qərar vermək bacarığı;
• Problemləri həll etmə bacarığı.



Təminatlar:


• Nahar yeməyi;
• Korporativ nömrə.


• İş qrafiki: Bazar ertəsi-Cümə (09:00-18:00);
• İş yeri: Bakı şəhəri, Ağ şəhər, 8 Noyabr pr-ti (AFFA-nın yaxınlığı).

Uyğun namizədlərdən mövzu hissəsində “İnsan Resursları əməliyyatları üzrə mütəxəssis” qeyd edərək, [email protected] mail ünvanına müraciət edə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...