Şirkət: EGA Consulting Company
Hüquq sahəsində təcrübə qazanmaq və peşəkar kariyeranızın əsasını qoymaq istəyirsiniz? O zaman bu proqram tam sizin üçündür!
Hüquqi sənədlərin hazırlanması və işlənməsi ilə tanış olacaqsınız;
Korporativ tapşırıqların yerinə yetirilməsində iştirak edəcəksiniz;
Hüquqi rəylərin hazırlanmasında biliklərinizi tətbiq edəcəksiniz;
Məktub, sorğu, ərizə və şikayətlərin cavablandırılmasını öyrənəcəksiniz;
İclas protokollarının hazırlanmasını təcrübədən keçirəcəksiniz.
Hüquq fakültəsinin tələbələri və ya yeni məzunlar;
MS Office proqramlarını bilənlər;
Ünsiyyət bacarıqları güclü olan və komanda ilə işləməyi sevən şəxslər;
Rus və İngilis dillərini bilən namizədlərə üstünlük veriləcək.
İş qrafiki: 5 günlük
İş yeri: Səməd Vurğun 58A, AF COM Centre
Əlavə üstünlük: Təcrübə proqramını uğurla başa vuran namizədlər işlə təmin olunmaq imkanı əldə edəcəklər!
Bu fürsəti qaçırmayın! Hüquq sahəsində biliklərinizi artırmaq və real iş mühitində təcrübə qazanmaq üçün “Hüquq təcrübəçi” başlığı ilə CV-nizi [email protected] ünvanına göndərin.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb