Şənbə, 10 May, 2025

“Founders Academy” proqramına qeydiyyat başlayıb


  • | Dərc edildi: 20 İyun, 2023 - 22:04
“Founders Academy” proqramına qeydiyyat başlayıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, "Future Education" şirkətinin təşəbbüsü ilə yaradılan “Founders Academy” proqramına qeydiyyat başlayıb.

“Founders Academy” vasitəsilə iştirakçılar dünyanın ən böyük “Unicorn” şirkətlərinin təcrübəsindən yararlana bilərlər. Layihənin məqsədi Azərbaycan startaplarının qlobal bazara çıxmasına kömək etməkdir. Bu proqram vasitəsilə startap təsisçiləri “Unicorn” şirkətlərdə çalışaraq, öz startaplarını qlobal bazara çıxarmaq üçün təcrübə qazanacaq.

Proqram iki günlük “bootcamp” və ardınca 3 aydan 6 aya qədər davam edəcək mübadilə proqramı təklif edir. Onu da qeyd edək ki, proqram Bakıda baş tutacaq.  Qeydiyyat 03 iyula qədər davam edəcək. 

İlkin mərhələdə 10 startap və 2 ekosistem nümayəndəsinin seçilməsi nəzərdə tutulub və bu rəqəmlərin daha artırılması planlanılır.

Qeydiyyat üçün buradan keçid edə bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 732
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 376
Xaricdə təhsil almaq...