Bazar, 11 May, 2025

Biliyin qiymətləndirilməsi üzrə aparıcı ekspert vakansiyası


  • Dərc edildi: 19 Mart, 2025 - 15:10
Biliyin qiymətləndirilməsi üzrə aparıcı ekspert  vakansiyası

SOCAR-ın Baş ofisinin İstedadların İdarə Edilməsi və Biznes Tərəfdaşlığı Departamentinin Səriştəliliklərin qiymətləndirilməsi şöbəsinə Biliyin qiymətləndirilməsi üzrə aparıcı ekspert axtarırıq:
 


Vəzifə funksiyaları: 



 Təşkilati məqsədlərə uyğun olaraq etibarlı və düzgün qiymətləndirmə alətlərinin seçilməsində iştirak etməklə qəbul edilmiş yeni yoxlama-ölçmə materiallarının aidiyyəti üzrə sahə ekspertləri ilə razılaşdırılması;
 Məsafədən qiymətləndirmə alətlərinin hazırlanması və tətbiq edilməsi; 
 Qiymətləndirmə alətləri və proseslərinin təşkilatın spesifik ehtiyaclarına uyğunlaşdırılması və optimallaşdırılması;
 Qiymətləndirmə nəticələrinin toplanması, təhlil edilməsi və düzgün nəticələrin çıxarılması;
 Qiymətləndirmə nəticələrinə əsaslanaraq aydın və başa düşülən hesabatların hazırlanması və maraqlı tərəflərə təqdim olunması;
 Distant qiymətləndirmə zamanı məlumatların təhlükəsizliyini və məxfiliyini təmin etmək üçün müvafiq təhlükəsizlik standartlarının tətbiqinə dair təkliflər verilməsi;
 Qiymətləndirmə proseslərinin dəqiqliyi, tutarlılığı və ədalətliliyi ilə əlaqədar yüksək standartların qorunmasının təmin olunması və qiymətləndirmə alətlərinin effektivliyinin artırılması;
 Qiymətləndirmə alətlərinin və proseslərinin davamlı olaraq təhlil edilməsi və təkmilləşdirilməsinə dair təkliflərin verilməsi;
 Zəruri hallarda imtahanların təşkili ilə bağlı olan avadanlıqlar və proqram təminatlarının test edilməsi;
 Vətəndaş müraciətlərinin qəbul edilməsi və araşdırılması, daxil olan vətəndaş müraciətlərinin aidiyəti üzrə mövcud qanunvericiliyə əsasən və SOCAR-ın normativ hüquqi aktlarına uyğun olaraq icrasının təmin edilməsi. 
 


Tələblər:


 Psixologiya, İnsan resursları, Hüquq, Biznes və ya əlaqədar sahələr üzrə ali təhsil;
 Müvafiq sahə üzrə 4 il iş stajı;
 Verilənlərin analizi, təhlili, emalı və analiz nəticələrinin təqdim olunması bacarıqları; 
 Problem həll etmə bacarığı;
 Strateji və analitik düşünmə bacarığı;
 Komandada işləmə və yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
 Xarici dil bilikləri (İngilis dili, Rus dili);
 Müvafiq sahə üzrə beynəlxalq sertifikatlar (CİPD, SHRM və s.) üstünlükdür;
 MS Office proqramları (Excel proqramı yüksək səviyyədə);
 Power BI, Python proqramlarında işləmək bacarığı (arzuolunandır).


Vakansiyaya maraq göstərən namizədlərdən CV’lərini “Biliyin qiymətləndirilməsi üzrə aparıcı ekspert” başlığı ilə [email protected] elektron poçtuna 07.04.2025-ci il tarixinədək göndərmələri xahiş olunur.
 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...