Bazar, 11 May, 2025

“Məktəbli könüllü” proqramına seçim davam edir


  • | Dərc edildi: 5 Fevral, 2024 - 15:48
“Məktəbli könüllü” proqramına seçim davam edir

“Məktəbli könüllü” proqramına seçim davam edir

 

“Bir könüllü” Tələbə Təşkilatının təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil edilən “Məktəbli könüllü” proqramı ölkədə ilk dəfə 8, 9, 10 və 11-ci sinif şagirdlərinin sistemli şəkildə könüllü fəaliyyətə cəlb olunmasını həyata keçirir. 
 
Proqramın məqsədi şagirdlər arasında sosial inkişafı təmin etmək, komanda işini formalaşdırmaq, əməkdaşlıq, liderlik, analitik düşüncə kimi keyfiyyətləri gücləndirmək, həmçinin məktəbdaxili nizam-intizam qaydalarına riayət edən, akademik göstəriciləri yüksək olan, aktiv sosial fəaliyyət və vətənpərvərlik keyfiyyətləri ilə örnək təşkil edən gənc nəsil formalaşdırmaqdır.
 
Proqrama bu günədək 780 müraciət daxil olub. Onlardan 482 nəfəri Bakı və Sumqayıtda, 298-i isə digər bölgələrdə təhsil alan məktəblilərdir. 
 
Müsahibə mərhələsinə 460 nəfər dəvət olunub, onlardan 213-ü proqrama üzv seçilib.
 
Layihə ilkin mərhələdə Bakı, Xırdalan və Sumqayıt məktəblərini əhatə edir.
 
Qeyd edək ki, proqrama üzv olmaq istəyən şagirdlər 29 fevral tarixinədək qeydiyyat formasını (https://forms.gle/jY4cK2UxqNBQ7UgU7) tamamlamalıdırlar. Proqramın tərəfdaşı olmaq istəyən ümumi təhsil müəssisələri isə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət ünvanlaya bilər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 378
Xaricdə təhsil almaq...