Bazar ertəsi, 12 May, 2025

“Rəqəmsal dəyişim: e-ticarət və sosial media trendləri” adlı seminar keçiriləcək


  • Dərc edildi: 11 Avqust, 2023 - 11:47
“Rəqəmsal dəyişim: e-ticarət və sosial media trendləri” adlı seminar keçiriləcək

“Azexport” və “E-Mark”ın birgə təşkilatçılığı ilə “Rəqəmsal dəyişim: e-ticarət və sosial media trendləri” adlı seminar təşkil olunacaq.

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “azexport.az” portalı və “E-Mark” media agentliyinin birgə təşkilatçılığı ilə “Rəqəmsal dəyişim: e-ticarət və sosial media trendləri” adlı seminar təşkil olunacaq. Seminarda iştirakçılara sosial media trendlərinin tətbiqi, doğru bilinən yanlışlar, habelə yerli və beynəlxalq ticarətdə tətbiq olunan müasir rəqəmsal həll yolları, “Amazon”, “eBay” və “Alibaba” kimi beynəlxalq elektron ticarət platformaları və “Payoneer” rəqəmsal ödəniş sisteminə dair real praktik məlumatlar təqdim olunacaq. Tədbirdə sadalanan platformalar üzrə Azərbaycandan satışlar həyata keçirən şəxslər öz uğur hekayələri və qarşılaşdıqları çətinliklər barədə məlumatlar verəcəklər.

Seminarın sonunda iştirakçılar arasından təsadüfi seçim əsasında seçilən bir nəfərə rəqəmsal ticarət və ödəniş platformalarının iş prinsiplərinin detallı tədris olunduğu bir aylıq mentorluq təliminə cəlb olunma imkanı veriləcək.

Tədbir 19 avqust 2023-cü il saat 11:00-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçiriləcək. Tədbirdə iştirak üçün qeydiyyat mütləqdir.

 

Qeydiyyat üçün keçid linki: https://training.ereforms.org/

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 324
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 753
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 386
Xaricdə təhsil almaq...